Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəis müavini Aleksandr Yakuşevi və bəzi rəhbər işçiləri vəzifəsindən azad edib.
Sitat.info xəbər verir ki, Ukrayna Prezidentliyinin saytında dərc olunan Zelenskinin imzaladığı fərmanlara əsasən, Ukrayna kəşfiyyatının rəis müavini Yakuşev, İqtisadi Təminat Departamentinin rəhbəri Aleksandr Provotorov və Dövlət Sirrinin Mühafizəsi və Lisenziyalaşdırma İdarəsinin rəisi İqor Nosko tutduqları vəzifələrdən azad ediliblər.
SBU-nun Zaporojye departamentinin rəhbəri Boris Bezrukini və Sumi şöbəsinin müdiri Eduard Fedorovu da vəzifədən azad edən Zelenski Oleq Krasnoskapkanı Sumi şöbəsinin müdiri təyin edib.
Zelenski həmçinin Oleq Xramovu SBU-nun Dövlət Sirrinin Mühafizəsi və Lisenziyalaşdırma Departamentinin rəhbəri təyin edib.
Seymur Bənnayev
Sitat.info