BMT Pakistanda baş vermiş intihar hücumunu şiddətlə qınayıb

11:14 7 Mart 2023

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Pakistanın Qaççı bölgəsində intihar hücumunu şiddətlə pisləyib.

Sitat.info xəbər verir ki, Quterreşin ofisindən verilən açıqlamaya görə, baş katib 9 nəfərin həyatına son qoyan və çoxlu yaralanmalara səbəb olan intihar hücumu ilə bağlı başsağlığı verib.

Yaralıların tezliklə sağalmasını arzulayan Quterreş intihar hücumunu şiddətlə qınayıb.

Pakistanın Qaççi və Sibi bölgələri sərhədində yerləşən körpüdə polis maşınına intiharçı hücumu təşkil edilib, 9 polis həyatını itirib, 11 polis yaralanıb.

Son aylar Pakistanda, xüsusən də Xeybər Paxtunxva və Bəlucistan əyalətlərində terror hücumları artıb.

İslamabad bildirir ki, bu hücumlar Əfqanıstanda yerləşən Pakistan Talibanı tərəfindən planlaşdırılıb və idarə olunub. Əfqanıstan isə bu iddiaları rədd edir.

Qeyd edək ki, yanvarın 30-da Pakistanın Peşəvər şəhərində günorta namazı zamanı məscidə intiharçı hücumu nəticəsində əksəriyyəti polis olmaqla 102 nəfər həlak olmuşdu.

Məğrur

Sitat.info



Xəbər xətti