Yaponiya Kosmik Tədqiqatlar Agentliyi ölkənin yeni H3 raketinin buraxılması üçün ilk cəhdin uğursuzluğa düçar olduğunu açıqlayıb. Raketin havaya qalxmasından az sonra özünü məhv etmək əmri verildiyi açıqlanıb.
Sitat.info xəbər verir ki, Yaponiya Kosmik Tədqiqatlar Agentliyi (JAXA) və Mitsubishi şirkətlərinin birgə hazırladığı H3 raketini buraxmaq üçün ilk cəhd uğursuz olub. JAXA, Kaqoşima prefekturasındakı Taneqaşima Kosmos Mərkəzindən atılan raketin ikinci pilləli mühərrikinin alovlanmadığı aydınlaşdıqdan sonra raketin özünü məhv etmə əmri verildiyini açıqlayıb.
JAXA məsələ ilə bağlı təfərrüatlı araşdırmaya başlasa da, Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi də buraxılış cəhdinin niyə uğursuz olduğunu müəyyən etmək üçün təhqiqat komissiyası yaradıb.
Qeyd edək ki, H3 raketinin buraxılışı fevralın 17-nə planlaşdırılırdı, lakin texniki problemlərə görə son anda ləğv edilən buraxılış bu günə təxirə salınmışdı.
Məğrur
Sitat.info