İraqın Diyala vilayətində baş verən terror aktında aralarında qadın və uşaqların da olduğu 8 nəfər həyatını itirib. Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməsə də, İraq təhlükəsizlik rəsmiləri hücumların arxasında terror təşkilatı DEAŞ-ın olduğunu düşünür.
Sitat.info xəbər verir ki, İraqın yerli mənbələri, Bağdaddan 57 kilometr şimal-şərqdə, Diyala vilayətinin Əl-Mikdadiye rayonunda bir din xadiminin ailəsini daşıyan avtomobilə hücum edildiyini açıqlayıb.
Hücumun yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində baş verdiyi və hücum edənlərin tutulması üçün bölgədə genişmiqyaslı əməliyyatın başladığı bildirilib.
Hücuma görə məsuliyyəti hələlik heç kim üzərinə götürməsə də, İraq təhlükəsizlik rəsmiləri hücumların arxasında terror təşkilatı DEAŞ-ın olduğunu düşünür.
Məğrur
Sitat.info