Bu dəfə bacısı meydan oxudu: Raketlərimizi vursalar bunu müharibə elanı sayarıq

12:18 7 Mart 2023

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Jong xəbərdarlıq edib ki, ABŞ Pxenyanın silah sınaqları çərçivəsində atdığı hər hansı raketi vurarsa, bu, “açıq müharibə elanı” kimi qiymətləndiriləcək.
ABŞ və Cənubi Koreyanın bölgədə həyata keçirdiyi birgə hərbi təlimlər və Şimali Koreyanın raket sınaqları Koreya yarımadasında gərginliyi artırarkən, Şimali Koreya liderinin bacısı, Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Kim Yo Jong ABŞ-a təhdid olaraq bir xəbərdarlıq edib.

Sitat.info xıbır verir ki, Cənubi Koreya mətbuatının "ABŞ qüvvələrinin Hind-Sakit Okean bölgəsindəki komandiri, qitələrarası ballistik raket Sakit okeana buraxılarsa, dərhal onları vuracaqlarını söylədi" xəbərini dərc etdiyini müdafiə edən Kim bildirib: "ABŞ ordusunun mövqeyini izah etmək üçün həqiqətən bu qədər yersiz sözlər söylənib, yoxsa bu kukla medianın stereotipləridir? Bilmirəm! Amma bu, doğru olsun ya olmasın açıq şəkildə xəbərsdarlıq edirəm. Sakit okean ABŞ-ın və ya Yaponiyanın suverenliyinə aid deyil”.

“ABŞ-ın öz yurisdiksiyasında olmayan sərbəst sularda və havada həyata keçirdiyi strateji silah sınaqlarımıza qonşu ölkələrin təhlükəsizliyinə zərər vermədiyimiz halda hərbi müdaxiləsi açıq bir müharibə elanı kimi qiymətləndiriləcək",= O, bildirib.

Məğrur

Sitat.info



Xəbər xətti