Zelenski: Baxmutu müdafiə etməyə davam edəcəyik

12:50 7 Mart 2023

Ukrayna prezidenti Volodimir Zelenski generallarından münaqişələrin davam etdiyi Baxmut şəhəri ilə bağlı fikirlərini istəyib. Zelenski bildirib: “Generallar cavab verdilər: Geri çəkilməyin və və dəsətək verin. Bu fikir yekdilliklə dəstəkləndi".

Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Zelenski Donetsk və Luqansk vilayətləri arasında yerləşən və strateji nöqtə sayılan Baxmut şəhəri ilə bağlı açıqlama verib. Şiddətli toqquşmaların davam etdiyi şəhəri müdafiə etməyə davam edəcəklərini bildirən Zelenski: “Bu gün Baş Qərargahın iclasında birbaşa olaraq həm Xortitsiyanın komandiri general Sırskidən, həm də Ali Baş Komandan Zalujnıdan fikirlərini soruşdum. Baxmut bölgəsində geri çəkilmək və ya şəhəri müdafiə edib dəstək verməklə bağlı fikirlərini soruşdum. Hər iki general geri çəkilməyin və dəstək verin dedi. Bu fikir yekdilliklə dəstəkləndi. Başqa fikir yox idi”, - deyə o bildirib.

Ukraynanın heç bir hissəsinin “vaz keçiləbilən bölgə” olaraq görülmədiyini vurğulayan Zelenski bildirib: “Ukraynanın tərk edildiyi deyilə biləcək heç bir hissəsi yoxdur. Elə bir Ukrayna səngəri yoxdur ki, orada döyüşçülərimizin dözümlülüyü və qəhrəmanlığı diqqətdən kənarda qalsın. Biz işğalçını hər yerdə, Ukrayna üçün nəticələri olan hər yerdə məhv edirik. Baxmut Donbas müharibəsi zamanı ən böyük nəticələrdən birini verir. Biz Ukraynanın bütün hissələrini müdafiə edirik və bundan sonra da müdafiə edəcəyik. Zamanı gələndə ölkəmizin hər bir şəhərini, kəndini azad edəcəyik”.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti