Kremlin sözçüsü Dmitriy Peskov Ukrayna probleminin həllində sülh yoluna keçid üçün lazımi şərtlərin formalaşmadığını bildirib və Vaşinqtonun bu müharibənin bitməsini istəmədiyini bildirib.
Sitat.info xəbər verir ki, Paytaxt Moskvada jurnalistlərə açıqlama verən Peskov Ukraynadakı vəziyyəti dəyərləndirib.
Çinin Ukrayna probleminin həlli ilə bağlı Rusiyaya təqdim etdiyi planla bağlı sualı cavablandıran Peskov çinli həmkarlarının fikirlərinə önəm verdiklərini bildirib.
Ukraynada başlatdıqları "xüsusi hərbi əməliyyat"ın davam etdiyini vurğulayan Peskov bildirib: "Belə olan halda, sülh yoluna keçid üçün lazımi şərait yaradılmayıb. Ona görə də Rusiya xüsusi hərbi əməliyyatları davam etdirməklə məqsədlərinə çatmağa çalışır".
Ukraynadakı müharibənin arxasında ABŞ-ın olduğuna diqqət çəkən Peskov: "Vaşinqton bu müharibənin bitməsini istəmir. Vaşinqton bu müharibəni davam etdirmək üçün əlindən gələni edəcək" deyib.
Seymur Bənnayev
Sitat.info