Ukrayna baş nazirinin müavini və müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib ki, hazırda Baxmutda 4 minə yaxın mülki şəxs var.
Sitat.info bildirir ki, Vereşçuk televiziya proqramında verdiyi açıqlamada müharibədən əvvəl Baxmutda 12 mini uşaq olmaqla 70 mindən çox insanın yaşadığını bildirib.
Hazırda Baxmutda 4 minə yaxın mülki vətəndaşdan 38-nin uşaq olduğu bildirilib.
Vereşçuk qeyd edib ki, hakimiyyət orqanları insanların təxliyəsi üçün şəhərə daxil olmaqda çətinlik çəkir və insanların yeri barədə məlumat hər zaman mövcud deyil.
Məğrur
Sitat.info