İranda məktəblərindəki kütləvi zəhərlənmə ilə bağlı ilk həbs

17:23 7 Mart 2023

İranda daha çox qız məktəblərində baş verən və ölkədə etirazlara səbəb olan kütləvi zəhərlənmə hadisələri ilə bağlı bəzi şəxslərin saxlanıldığı bildirilib.

Sitat.info xəbər verir ki, İranın dövlət televiziyasına danışan daxili işlər nazirinin müavini Məcid Mirəhmədi tələbələrin kütləvi zəhərlənməsi ilə əlaqəli olduğu müəyyən edilən bəzi şəxslərin 5 vilayətdə kəşfiyyat qrupları tərəfindən saxlanıldığını açıqlayıb.

Nə qədər adamın saxlandığını dəqiq açıqlamayan Mirəhmədi bildirib: “Kəşfiyyat orqanlarının apardığı kəşfiyyat və araşdırma tədbirləri əsasında 5 vilayətdə bəzi şəxslər saxlanılıb və aidiyyatı qurumlar məsələ ilə bağlı genişmiqyaslı araşdırma aparır".

Qeyd edək ki, İran Parlamentinin Zəhərlənmə İşləri üzrə İstintaq Komissiyasının üzvü Məhəmməd Həsən Əsfəri dünən verdiyi açıqlamada 30 noyabr 2022-ci ildən bəri 25 əyalətdə 230 məktəbdə əksəriyyəti qızlardan ibarət 5 mindən çox şagirdin zəhərləndiyini bildirmişdi.

Məğrur

Sitat.info



Xəbər xətti