İranın Fars əyalətində 5 nəfərin məktəblərdə zəhərli qazdan istifadə etdikləri səbəbilə saxlanıldığı açıqlanıb.
Sitat.info İSNA informasiya agentiyinə istinadən xəbər verir ki, İran polisinin sözçüsü Səid Müntəzarulmehdi bütün ölkədə narahatlıq yaradan qız tələbələrin zəhərlənməsi halları ilə bağlı həbslərin ilktəfərrüatlarını paylaşıb.
Muntazarulmehdi bildirib: "3-ü qadın olan 5 nəfər Fars əyalətinin Laristan rayonunda qız məktəblərinin bağçasına zəhərli maddələr atdıqları üçün saxlanılıb".
Şübhəlilərin rayondakı 7 məktəbin bağçasına azot qazı atdıqlarının müəyyən edildiyini bildirən Muntazarulmehdi, 53 qız şagirdin zəhərlənməsinə səbəb olan saxlanılan 3 qadının hərəkətlərini lentə aldığını və onları İran rejiminə müxalifliyi ilə seçilən “İran İnternational” televiziyasına göndərdiklərini bildirib.
Muntazarulmehdi deyib ki, şübhəlilər dindirmə zamanı məqsədlərinin "İran administrasiyası haqqında mənfi rəy yaratmaq və məktəblərə inamsızlıq yaratmaq" olduğunu bildiriblər.
Seymur Bənnayev
Sitat.info