ABŞ mərkəzli texnologiya nəhəngi Apple-ın ən çox yayılmış məhsulları arasında yer alan Apple Watch-a gətirməyə çalışdığı qan şəkərini izləmə xüsusiyyətində əhəmiyyətli irəliləyiş əldə edildiyi bildirilib.
Sitat.info xəbər verir ki, Bloomberg-də yer alan xəbərə görə, Apple-ın ağıllı saatı önümüzdəki dövrdə diabet xəstələrini iynə ilə qan almadan ölçə bilməyə çox yaxınlaşıb.
Xəbərə görə, dərinin altındakı qlükoza konsentrasiyasını lazerlə ölçən texnologiya, dizüstü kompüter ölçüsünə, cib telefonu ölçüsünə qədər kiçilib.
Sistemin qısa müddətdə məhsula çevrilməsi real görünməsə də, yeni texnologiya ilə 2-ci tip diabet riski altında olan insanlara xəbərdarlıq edilməsinin gözlənildiyi bildirilib.
Məğrur
Sitat.info