“Ukrayna Silahlı Qüvvələri Baxmutda əks-hücuma hazırlaşır, çünki şəhər mühasirəyə alınmamalıdır”.
Sitat.info xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“İlk növbədə xalqımız haqqında düşünməliyik, heç kəs mühasirəyə düşməməlidir, çünki bu, çox vacibdir”, - o vurğulayıb.
V.Zelenski əlavə edib ki, Ukrayna hərbçilərin həyatı haqqında düşünməli, eyni zamanda əks-hücuma hazırlaşmalıdır.