Türkiyə XİN başçısı İrana səfər edəcək

13:56 8 Mart 2023

“Yaxın vaxtlarda İrana gedəcəyəm”.

Sitat.info xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada iranlı həmkarı Hüseyn Əmirabdullahianla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bugünkü görüşdə ikitərəfli əlaqələr müzakirə olunub: “Enerji və iqtisadiyyat sahəsində əməkdaşlıq, həmçinin terrorla mübarizədə birgə fəaliyyət barədə də fikir mübadiləsi apardıq".

Çavuşoğlu bildirib ki, iranlı həmkarı ilə Ukraynadakı vəziyyəti də müzakirə edib: "Həmkarıma "Taxıl sazişi"ndəki son durum barədə məlumat verdim. Müharibənin başa çatması üçün hansı səyləri ortaya qoya biləcəyimizi müzakirə etdik".

Qeyd edək ki, İran XİN başçısı Türkiyədə səfərdədir.



Xəbər xətti