Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Kiyevə gedib. Quterreş Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşəcək və Qara dəniz taxıl dəhlizi sazişinin davam etdirilməsi məsələsini müzakirə edəcək.
Sitat.info xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının sözçüsü rəsmi sosial media hesabından edilən açıqlamada: “Baş katib Antonio Quterreş Kiyevdədir. O, Qara Dəniz Taxıl Dəhlizi Sazişinin davam etdirilməsi və digər əlaqəli məsələləri müzakirə etmək üçün bu gün Ukrayna prezidenti Zelenski ilə görüşəcək",- deyə bildirilib.
Məğrur
Sitat.info