Pakistanın daxili işlər nazirinin həbsinə qərar verilib

14:21 8 Mart 2023

Pakistanın daxili işlər naziri Rana Sanaullah dövlət rəsmilərini hədələməkdə ittiham olunub və məhkəmə həbs qərarı verib.

Sitat.info xəbər verir ki, Pakistanın Pəncab əyalətinin Qucranvala şəhərinin Terrorla Mübarizə Məhkəməsi dinləmələrə qatılmadığı üçün dövlət rəsmilərini təhdid etdiyinə görə mühakimə olunan daxili işlər naziri Rana Sanaullahın həbsinə qərar verib.

Sənaullahın vəkili Əbdül Məcid məhkəmə iclasında məhkəmədən azad olunmasını tələb edərək, Sənaullahın rəsmi vəzifələrinə görə bu gün məhkəmə qarşısına çıxa bilməyəcəyini bildirib və Sanaullahın növbəti məhkəməyə qatılacağını bildirib.

Hakim Rana Zahid İqbal Xan isə azad edilmə tələbini rədd edib və Sənaullahın həbsinə order verib. Polisə Sənaullahı həbs etmək və martın 28-də məhkəmə qarşısına çıxarmaq tapşırılıb.

Məğrur

Sitat.info



Xəbər xətti