Yəmən sahillərində qayığın batması nəticəsində 11 qadın və 3 uşaq həyatını itirib.
Sitat.info xəbər verir ki, qadın və uşaqları daşıyan qayıq Yəmənin Hudeydə sahillərində batıb. Yerli mənbələrdən verilən açıqlamada 11 qadın və 3 uşağın həyatını itirdiyi, 11 nəfərin xilas edildiyi bildirilib.
Hadisə ilə bağlı araşdırmalara başlanıldığı öyrənilib.
Hudeyda şəhərinin mərkəzi və strateji limanları İranın dəstəklədiyi Husi silahlılarının nəzarəti altındadır.
Məğrur
Sitat.info