ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays, İsrailin İordan çayının qərb sahilindəki Cenin Qaçqınlar Düşərgəsinə hücumunda 6 fələstinlinin öldüyü, 26 nəfərin isə yaralandığı hücumu "İsrailin özünümüdafiə haqqı" olduğunu əsas gətirərək dəstəkləyib.
Sitat.info xəbər verir ki, gündəlik mətbuat konfransında qiymətləndirmələr edən Prays, İsrailin Cenin şəhərində 6 fələstinlini qətlə yetirdiyi hadisə ilə bağlı bir sual üzərinə cavab verib: "İsrail müdafiə qüvvələri fevralın 26-da iki israillini qətlə yetirən terrorçunu izlədiklərini ictimaiyyətə açıqladı. Əvvəllər də dediyimiz kimi, İsrailin bu terror təşkilatları da daxil olmaqla bütün təcavüzlərə qarşı öz xalqını və torpaqlarını müdafiə etmək hüququ var".
Sözçü, son günlər İsrailə qarşı açıq-aşkar terror təhdidlərinin olduğunu iddia edərkən, İordan çayının qərb sahilində sürətlə artan zorakılıqdan da narahat olduqlarını bildirib.
"Biz bütün tərəfləri daha çox insanın həyatını itirməsinin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq",-deyə Prays bildirib.
Məğrur
Sitat.info