Avtomobil nəhəngi Teslanın istehsal etdiyi 120 min avtomobil geri çağırılıb

17:49 8 Mart 2023

ABŞ-ın elektrik avtomobil istehsalçısı Tesla qalmaqala imza atıb.

Sitat.info xəbər verir ki, ölkə mətbuatında çıxan xəbərlərə görə, Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) 2023 Model Y avtomobillərində ölümcül bir səhv aşkar etdi. Sürərkən sükan çarxlarının çıxa biləcəyinə dair xəbərlər hazırlandıqdan sonra 120 min vasitə üçün ilkin araşdırmaya başlanıldığı öyrənilib.

ABŞ-ın gündəmi elektrikli avtomobil istehsalçısı Tesla avtomobillərindəki problemlə sarsılır. ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi İdarəsindən (NHTSA) verilən açıqlamaya görə, Teslanın 2023 Model Y avtomobillərində sükan çarxlarının təhlükəsizliyində böyük qüsur aşkar edilib.

NHTSA-nın açıqlamasında, sükan çarxlarının sürərkən tamamilə ayrıldığına dair iki xəbərin ardından 120 min ədəd 2023 Model Y üçün ilkin araşdırmaya başladığı ifadə edilib.

Məğrur

Sitat.info



Xəbər xətti