Borel: "Aİ martın sonuna qədər 11 mindən çox ukraynalı əsgərə təlim keçəcək"

19:35 8 Mart 2023

Avropa İttifaqının hərbi missiyası bu ayın sonuna kimi 11 mindən çox, ilin sonuna isə daha 30 min Ukrayna əsgərinə təlim keçəcək.

Sitat.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel Stokholmda üzv ölkələrin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

Borrelin sözlərinə görə, Aİ missiyası NATO vasitəsilə Ukraynaya çatdırılacaq tanklar üçün ekipajlara da təlim keçəcək.

Aİ, həmçinin Kiyevə silah-sursatın təcili tədarükü üçün Avropa Sülh Fondundan 1 milyard avro ayırmaq niyyətindədir. Avropa diplomatiyasının rəhbəri bildirib ki, Aİ 155 mm-lik sursatların birgə sürətləndirilmiş alışı üçün layihə hazırlayıb və bu məqsədlə daha 1 milyard avro ayrılmalıdır.



Xəbər xətti