Ukraynadan Gürcüstandakı etirazlara münasibət

20:20 8 Mart 2023

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstandakı etirazlara münasibət bildirib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna XİN bəyanat yayıb.

“Avropa İttifaqına üzv olmağa çalışan bir dövlət kimi Gürcüstan öz vətəndaşlarının əsas hüquq və azadlıqlarına, o cümlədən dinc etiraz hüquqlarına təminat verməlidir.

Gürcüstan Prezidenti Salome Zurabişvili vətəndaş cəmiyyətinin fəaliyyətinə xələl gətirən “xarici agentlər” haqqında qanuna veto qoyacaq.

Biz Aİ-nin mövqeyini bölüşürük ki, qanun layihəsi hazırkı variantda Avropa dəyərlərinə və standartlarına uyğun deyil.

Biz gürcü xalqının Gürcüstanın Avropa gələcəyinin qurulmasını davam etdirmək istəyi ilə həmrəy olduğumuzu bildiririk", - Ukrayna XİN qeyd edib.



Xəbər xətti