Rus ordusu daha bir kəndi ələ keçirdi

11:00 9 Mart 2023

Rusiya silahlıları Baxmutun şimal-qərbində yerləşən Dubovo-Vasilyovka kəndini ələ keçiriblər.

Sitat.info xəbər verir ki, bu barədə “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojin deyib.

“Dubovo-Vasilyovka tamamilə nəzarətimizə keçib. Ətrafda döyüşlər gedir. Yaşayış məntəqəsinin bütün ərazisi əlimizdədir”, - Priqojin bildirib.



Xəbər xətti