İsrail hərbçiləri Ceninə basqın zamanı 3 fələstinlini öldürüb

10:55 9 Mart 2023

İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə təşkil etdikləri əməliyyatda 3 fələstinlini öldürüb.

Sitat.info xəbər verir ki, Fələstinin rəsmi agentliyi WAFA-nın şahidlərə əsaslanaraq verdiyi xəbərə görə, İsrail əsgərləri Cenin şəhərinin Caba qəsəbəsinə basqın ediblər.

Damlara snayperlər yerləşdirilən basqında İsrail qüvvələri Caba qəsəbəsi yaxınlığındakı Əl-Fəvvara bölgəsində içərisində 3 gəncin olduğu avtomobilə atəş açıb.

Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada, Cənin qəsəbəsi yaxınlığında İsrail əsgərlərinin açdığı atəş nəticəsində 3 fələstinlinin həyatını itirdiyi bildirilib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti