Mütəxəssislər belə düşünürlər ki, yuxu bitəndə biz yuxunun 50 faizini unuduruq, 10 dəqiqədən sonra isə 90 faizi yaddaşdan silinir. Ancaq süni intellekt yuxularımızı qeyd etdiyi üçün bu, tezliklə dəyişə bilər.
Sitat.info-nun məlumatına görə, süni intellekt artıq beyin skanlarını oxuya və insanın gördüklərinə çox oxşar şəkillər yarada bilər.
Bu texnologiya müxtəlif heyvan növlərinin ətraf mühiti necə qəbul etdiyini öyrənmək və iflic olan insanlar üçün ünsiyyətə kömək etmək kimi müxtəlif potensial tətbiqlərə malikdir.
Qeyd edək ki, bir çox laboratoriya əvvəllər beyin skan edilmiş şəkilləri yenidən qurmaq üçün süni intellektdən istifadə etmişdi.
Seymur Bənnayev
Sitat.info