Sovet dövründən qalma gəmi qülləsini köhnə zirehli maşına birləşdirərək Rusiyanın istehsal etdiyi “tank”ın təsviri mübahisə yaradıb.
Sitat.info xəbər verir ki, İngilis Teleqraf qəzetinin "tankeştayn" olaraq xarakterizə etdiyi avtomobilin fotoları sosial mediada paylaşılıb.
Görüntülərin harada və nə vaxt çəkildiyi bilinməsə də, vasitədəki qüllənin Sovet dövründən döyüş gəmilərində istifadə edilən 25 millimetrlik qoşa lüləli zenit silahı olduğu bildirilib.
Bildirilib ki, bu qüllənin quraşdırıldığı avtomobil sovet dövründən qalma MT-LB model amfibiya zirehli transportyoru olub. 60 kilometrə qədər sürətlənən zirehli maşının 1960-cı illərdə istehsal edildiyi yazılıb. Digər tərəfdən xəbərlərdə bəzi parçaların hətta 1945-ci ilə aid ola biləcəyinə də diqqət çəkilib.
Seymur Bənnayev
Sitat.info