Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell, Aİ ölkələrinin müdafiə nazirlərinə Ukraynaya silah yardımı üçün “birgə satınalma” təklifi təklif etdiyini bildirib. “Deyə bilərəm ki, bu prosedurla bağlı ümumi razılıq var, amma cavabını gözləyən suallar var”,- Borrel deyib.
Sitat.info xəbər verir ki, Borrell, Aİ dönəm sədrliyi İsveçin paytaxtı Stokholmda keçirilən müdafiə nazirlərinin qeyri-rəsmi toplantısından sonra mətbuata açıqlama verib.
İclasın əvvəlində Ukraynanın müdafiə naziri Oleksii Reznikovun nazirləri yerlərdə vəziyyət və ehtiyaclar barədə məlumatlandırdığını bildirən Borrell, bu ayın sonuna kimi Aİ-nin Ukraynada 11 mindən çox ordu personalına təlim keçəcəyini və o, ilin sonuna qədər bu rəqəmin 30 minə çatacağını gözlədiyini bildirib.
Seymur Bənnayev
Sitat.info