ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş və Türkiyənin təşəbbüsləri ilə martın 18-dək uzadılan Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsünün yenidən uzadılmasını qətiyyətlə dəstəklədiklərini bildirib.
Sitat.info xəbər verir ki, gündəlik mətbuat konfransında açıqlama verən ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib: "Qara Dəniz Taxıl Təşəbbüsü qlobal ərzaq təhlükəsizliyi ilə mübarizədə və ərzaq qiymətlərində sabitliyin təmin edilməsində mühüm bir vasitədir. Quterreşin Türkiyə ilə ortaq olaraq Rusia və Ukrayna taxılını dünya bazarına gətirmə cəhdlərini mütlq şəkildə dəstəkləyir".
Prays xatırladıb ki, ötən ilin avqust ayından Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsü çərçivəsində bazara 23 milyon metrik ton taxıl və yağlı bitkilər çıxarılıb.
Bu taxılın 4 milyon metrik tonunun inkişaf etməkdə olan ölkələrə getdiyini qeyd edən Prays, təşəbbüs çərçivəsində Yəmən, Efiopiya, Somali və Əfqanıstan kimi böyük ərzaq böhranı ilə üzləşən ölkələrə Ümumdünya Ərzaq Proqramı vasitəsilə 16 gəmidə taxıl çatdırıldığını qeyd edib.
Qara Dəniz Taxıl Təşəbbüsündən əvvəl dünyada gübrə və buğda qiymətlərinin yüzdə 30 artdığına diqqət çəkən Prays: "Qara Dəniz Taxıl Təşəbbüsü müvəffəqiyyətli oldu, taxıl qiymətlərini aşağı saldı, taxıl axını qorudu və inkişaf etməkdə olan ölkələrdə ərzaq problemi yaşayan milyonlarla insan qida əksikliyindən qurtuldu.",- o bildirib
Qeyd edək ki, Ukraynada müharibənin başlaması ilə ortaya çıxan qlobal ərzaq böhranının həlli üçün Türkiyənin koordinasiyası ilə həyata keçirilən taxıl daşınması ilə bağlı Qara Dəniz Taxıl Dəhlizi Təşəbbüsü 22 iyul 2022-ci il tarixində İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsi altında Ukrayna, Rusiya və Türkiyə və BMT arasında imzalanmışdı.
Daha sonra 19 noyabr 2022-ci ildə Prezident Ərdoğanın təşəbbüsləri ilə Türkiyənin ev sahibliyi etdiyi dördtərəfli danışıqlar nəticəsində müddəti bitmiş təşəbbüs 19 noyabr 2022-ci il tarixindən 120 gün uzadılmışdı.
Həmin müddət martın 18-də başa çatır.
Məğrur
Sitat.info