Rusiya Ukraynanın enerji sistemini çökdürdü! Son əlaqə də kəsildi

12:05 9 Mart 2023

Ukraynanın Zaporojya şəhərindəki atom elektrik stansiyasına raket hücumu nəticəsində Ukrayna enerji sistemi ilə AES arasında sonuncu əlaqə kəsilib. Bundan başqa, paytaxt Kiyev başda olmaqla bir çox şəhərlərdə enerji obyektləri hədəfə alınıb.

Sitat.info xəbər verir ki. Ukraynanın Milli Nüvə Enerjisi İstehsalı Korporasiyası (Enerqoatom) rəsmi Telegram hesabında martın 9-da yerli vaxtla saat 03:53-də Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) raketlə hədəfə alındığını bildirib. Hücum nəticəsində Ukraynanın enerji sistemi ilə atom elektrik stansiyası arasında sonuncu əlaqənin kəsildiyi bildirilib. Açıqlamada deyilir: "Hazırda stansiya işğal zamanı 6-cı dəfədir ki, söndürmə rejiminə keçib. 5-ci və 6-cı enerji blokları soyuq vəziyyətə gətirilib. ZNPP-nin tələblərinə uyğun olaraq 18 dizel generatoru işə salınıb. Yanacağın bitməsinə 10 gün qalıb. Geri saym başlayıb. Bu müddət ərzində stansiyanın xarici enerji təchizatı yenilənməsə, bütün dünya üçün radiasiya fəsadları olan qəza baş verə bilər”.

Rusiya Ukraynanın bir çox şəhərlərində enerji obyektlərini hədəfə alıb. “Energoatom” bəyan edib ki, 6-9 mart tarixləri arasında Kiyev, Nikolayev, Xarkov, Zaporojya, Odessa, Dnepropetrovsk və Jitomirdəki enerji obyektlərinə hücumlar həyata keçirilib.
Kiyev meri Vitali Kliçko hücumlar nəticəsində paytaxtda elektrik enerjisinin kəsildiyini və vətəndaşların 40 faizinin istilik ehtiyaclarını ödəyə bilmədiyini bildirib. Odessa qubernatoru Maksym Marçenko hücumlar zamanı bəzi elektrik xətlərinin zədələndiyini açıqlayıb. Marçenko bildirib ki, komandalar nasazlıqları aradan qaldırmaq üçün çalışır.

Məğrur

Sitat.info



Xəbər xətti