ABŞ-da 11 sentyabr hücumlarında günahlandırılan Əl-Qaidə terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 48 yaşlı Səudiyyə Ərəbistanı Qassan əl-Şərbi Quantanamo həbsxanasında 20 il saxlandıqdan sonra sərbəst buraxılıb.
Sitat.info xəbər verir ki. ABŞ Müdafiə Nazirliyindən (Pentaqon) verilən açıqlamaya görə, 2022-ci ilin fevralında Əl-Şərbinin ABŞ-ın milli təhlükəsizliyinə ciddi təhlükə yaratmadığı və həbsinin davam etdirilməsinə ehtiyac olmadığı müəyyən edilib.
Müdafiə naziri Lloyd Ostin 2022-ci ilin sentyabrında əl-Şərbini Səudiyyə Ərəbistanına qaytarmaq niyyəti barədə Konqresə məlumat verib.
Qeyd edək ki, 2002-ci ilin martında Pakistanda saxlanılan və ittiham irəli sürülmədən 20 il Quantanamoda saxlanılan Əl-Şarbi Əl-Qaidə üçün bomba istehsalı üzrə təlim keçməkdə şübhəli bilinirdi.
Qassan əl-Şərbi ölkəsinə göndərilərkən ABŞ fevralın 25-də Quantanamoda 20 ildən çox həbsdə olan iki pakistanlı qardaş Əbdül və Məhəmməd Rəbbanini də azad etmişdi.
Məğrur
Sitat.info