İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesinin başlamasına şərti razılıq verən Türkiyə bu iki ölkənin öhdəliklərini yerinə yetirməsini gözləyir. Prosesə nəzarət üçün yaradılmış Daimi Mexanizmin üçüncü iclası bu gün keçiriləcək.
Sitat.info xəbər verir ki, İsveç və Finlandiyanın 2022-ci ilin mayında NATO-ya üzv olmaq üçün müraciətini 30 üzv ölkədən 28-i ərizələri təsdiqləyib. Macarıstanda təsdiq prosesi davam edir. Türkiyə isə bu iki ölkənin öhdəliklərini yerinə yetirməsini gözləyir.
Ankara Sosial Elmlər Universitetinin Professoru Dr. Muhittin Ataman bildirib: “Keçən ilin iyun ayında imzalanmış üçlü memorandumda verilən vədlərin həyata keçirilməsini izləmək üçün bu texniki görüşləri keçirməyə razılaşdıq. Bundan sonrakı prosesdə İsveç Dövlətinin atacağı addımlar, verəcəyi qərarlarla bağlı olacaq”.
İsveçdə ardıcıl irqçi və anti-İslam nümayişlərindən sonra üçlü mexanizmin fevral iclası qeyri-müəyyən müddətə təxirə salınmışdı.
Ekspertlər iki ölkənin üzvlük proseslərinin gələcəkdə ayrı-ayrılıqda qiymətləndirilə biləcəyinə də diqqət çəkirlər.
prof. Dr. Muhiddin Ataman çıxışını belə yekunlaşdırıb:
“Finlandiyanın mümkün işğalı təhlükəsinə görə, təbii ki, onlar tək bir fayl kimi qəbul edilməyə razıdırlar. Başqa bir səbəb də var və Finlandiyada baş verən daxili siyasi proseslər bunu bir qədər də sürətləndirdi”.
Məğrur
Sitat.info