"Rusiyanın nüvə terrorizmini dayandırmaq üçün qətiyyətli addımlar atılmalıdır”

13:31 9 Mart 2023

“Rusiyanın nüvə terrorizmini dayandırmaq üçün qətiyyətli addımlar atılmalıdır”.

Sitat.info xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal tviterdə yazıb.

Onun sözlərinə görə, bu gecə Rusiya Ukraynanın enerji infrastrukturuna raket və dronlarla hücum edib: “Yaşayış binalarına ziyan dəyib, ölənlər var. Bizə işğalçını dayandırmaq üçün daha çox silah lazımdır. Rusiyaya sanksiyalar artırılmalıdır”.

Baş nazir həmçinin xatırladıb ki, hücum nəticəsində Zaporojye Atom Elektrik Stansiyası (AES) tamamilə enerjisiz qalıb

Qeyd edək ki, bu gün gecə saatlarından etibarən Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib. Paytaxt Kiyevə ballistik raketlərin atıldığı bildirilir. Hadisə nəticəsində 2 mülki şəxs yaralanıb. Həmçinin Lvovda 4 mülki şəxs ölüb.

Zaporojye AES-də elektrik enerjisi kəsilib.



Xəbər xətti