Ukrayna: Rusiya gecə saatlarında 7 rayonun enerji infrastrukturuna hücum edib

13:52 9 Mart 2023

Ukraynanın Energetika Nazirliyi Rusiyanın bu gecə Ukraynanın 7 bölgəsindəki enerji obyektlərinə hücum etdiyini bildirib.

Sitat.info xəbər verir ki, Nazirlikdən verilən yazılı açıqlamaya görə, bu gecə Rusiya Ukraynanın enerji infrastrukturuna növbəti “barbar hücumu” həyata keçirib.

Açıqlamada bildirilib:  "Hücumlar nəticəsində Zaporojye Atom Elektrik Stansiyasını qidalandıran son xətt zədələnib. Hazırda stansiya dizel generatorları ilə işləyir".

“Ruslar dünyanı nüvə fəlakətinin astanasına gətirdi” qiymətləndirməsinin paylaşıldığı bəyanatda bu hücumların Zaporojye Atom Elektrik Stansiyasının silahsızlaşdırılması ilə bağlı BMT ilə aparılan danışıqların ertəsi günü həyata keçirildiyi diqqətə çatdırılıb.

Açıqlamaya görə, martın 9-da saat 06:30-a olan məlumata görə, Kiyev, Nikolayev, Xarkov, Zaporojya, Odessa, Dnepropetrovsk və Jitomir vilayətlərinin enerji obyektlərinə hücumlar qeydə alınıb.

Digər tərəfdən Ukraynanın Dövlət Nüvə Enerjisi Şirkəti Energoatom, raket hücumu təhlükəsi səbəbiylə ümumi gücü 9 min meqavat olan Pivdennoukrainsk, Xmelnitski və Rivne nüvə stansiyalarının gücünün 4700 meqavata endirildiyini açıqlayıb.

Məğrur

Sitat.info



Xəbər xətti