Əfqanıstanın şimalındakı Bəlx vilayətində qubernatorluq binasına edilən bombalı hücum nəticəsində Bəlx valisi Məhəmməd Davud Muzamil də daxil olmaqla 3 nəfər həlak olub.
Sitat.info xəbər verir ki, Əfqanıstanın şimalındakı Bəlx vilayətində valilik binasına bombalı hücum olub.
Hücum zamanı Bəlx valisi Məhəmməd Davud Muzamil və 2 nəfərin həyatını itirdiyi bildirilib.
Bəlx polis sözçüsü Asif Vəziri verdiyi açıqlamada bildirib: "Bu gün saat 09:00 radələrində qubernatorluğun ikinci mərtəbəsində partlayış baş verib. Vali Muzamil və 2 mülki vətəndaş həyatını itirib".
Vəziri hücumla bağlı təhqiqatın başladığını və vəziyyət aydınlaşdıqca daha ətraflı məlumat verəcəyini bildirib. Yerli təhlükəsizlik mənbələri 5 nəfərin yaralanaraq xəstəxanaya aparıldığını bildirib.
Seymur Bənnayev
Sitat.info