Fransada Penly 1 Atom Elektrik Stansiyasında çat aşkar edildikdən sonra bir çox reaktorun fəaliyyəti dayandırılıb.
Sitat.info xəbər verir ki, Fransanın enerji təminatçısı EDF, Seine-Maritime bölgəsindəki Penly 1 Atom Elektrik Stansiyasında reaktorun qəza su borusunda gözləniləndən daha böyük çatlaq müşahidə edildiyini açıqlayıb.
Çatlağın aşkarlanması ilə, təhlükəsizlik səbəbiylə sözügedən elektrik stansiyası da daxil olmaqla bir çox nüvə stansiyasındakı reaktorların fəaliyyəti dayandırılıb.
Çatlamanın 2021-ci ildə bir çox reaktorda aşkar edilən korroziya ilə əlaqəli olduğu düşünülür.
Fransa Nüvə Təhlükəsizliyi Təşkilatının (ASN) direktoru Julien Collet də fəaliyyətlərin dayandırılmasının aylarla davam etməyəcəyini bildirib.
Qeyd edək ki, fevralın 13-də Lion şəhərini elektrik enerjisi ilə təmin edən ölkənin ən qədim atom elektrik stansiyasında radioaktiv sızma aşkar edilmişdi.
EDF, 2022-ci ilin dekabrında Liondan 30 kilometr uzaqlıqda yerləşən Bugey Atom Elektrik Stansiyasında iki reaktorun tullantı sularında aparılan ölçmələrdə yüksək səviyyədə tritium sızmasının müşahidə edildiyini bildirmişdi.
Məğrur
Sitat.info