Bu gün Tbilisidə yenidən aksiya keçiriləcək

16:48 9 Mart 2023

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə parlamentin binası qarşısında yenidən etiraz aksiyası keçiriləcək.

“Sitat.info” xəbər verir ki, bu barədə məlumatı “Novosti Qruziya” yayıb. 

Aktivistlərin 19:00-da parlamentin önündə toplaşacaqları bildirilir. Onlar son günlər baş tutan etiraz aksiyaları zamanı bütün saxlanılan şəxslərin azad edilməsini tələb edəcəklər.

Xatırladaq ki, Gürcüstanda martın 7-si “xarici agentlər” barədə qanun layihəsinin qəbul edilməsindən sonra etiraz aksiyaları şiddətlənib. Ölkə parlamentinin qarşısında martın 7-8-i baş verən etirazlar zamanı 133 nəfər saxlanılıb. Gürcüstanın hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyası etirazlardan sonra qalmaqallı qanunu geri götürüb.

 



Xəbər xətti