Polşanın Ukraynaya daha 10 Leopard 2A4 tankı göndərməsi ilə söz verilən tankların təhvil verilməsi tamamlanıb.
Sitat.info xəbər verir ki, Polşanın müdafiə naziri Mariusz Blaszczak jurnalistlərə bildirib ki, bu gün Ukraynaya vəd edilən daha 10 Leopard 2A4 tankı təhvil verilib.
Blaszczak Polşa, Norveç və Kanadalı təlimçilər tərəfindən Ukrayna əsgərlərinə tankların istifadəsi ilə bağlı verilən təlimin də uğurla başa çatdığını bildirib.
“Biz Leopard 2A4 batalyonunu yığa bildik. Bu şəkildə beynəlxalq koalisiyanın bir parçası olaraq Ukraynanı dəstəkləyirik” deyən Blaszczak Kanadanın 8, Norveçin 8, İspaniyanın isə 6 Leopard 2 tankını batalyona verəcəyini açıqladı və tankların saxlanması və təmiri üçün bir mərkəzin yaradılacağı bildirdi.
Qeyd edək ki, Polşa Ukraynaya verməyi vəd etdiyi 14 Leopard tankından ilk dördünü fevralın 24-də, müharibənin birinci ildönümündə təhvil vermişdi.
Məğrur
Sitat.info