"Rusiyanın müharibəni nə qədər uzatması İran və Şimali Koreyanın dəstəyindən asılıdır"

18:09 9 Mart 2023

“Rusiyanın Ukraynadakı müharibəni nə qədər uzatması İran və Şimali Koreya kimi dövlətlərin dəstəyindən asılıdır”.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Litva hərbi kəşfiyyatının rəhbəri Elegius Pavlavicius deyib.

Onun sözlərinə görə, müharibə daha iki il davam edə bilər: “Rusiya hazırkı resursları ilə savaşı iki il də uzada bilər”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.



Xəbər xətti