İranın nüvə silahı əldə etməyə can atması İsraildən istənilən hərəkət variantına hazır olmağı tələb edir.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant Yaxın Şərq turu çərçivəsində İsrailə səfərə gələn amerikalı həmkarı Lloyd Ostin ilə görüşdən sonra bildirib.
“Bu gün kritik məqamdayıq, yaxın gələcəkdə təcili və mühüm qərarlar qəbul etməli olacağıq. İran nüvə silahı əldə etmək və təkcə İsraili deyil, bütün dünyanı təhdid etmək məqsədi güdür. İranın nüvə təhdidi bizdən istənilən varianta hazır olmağı tələb edir, bir daha təkrar edir və vurğulayıram: biz istənilən hərəkət variantına hazır olmalıyıq”, - o deyib.