Xəbər verdiyimiz kimi, Tiflisdə parlament binası qarşısında etiraz aksiyaları davam etməkdədir.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, aksiya zamanı iştirakçılar Rusiya bayrağını yandırıblar.
Qeyd edək ki, aksiyaçılar “Xarici agentlər haqqında" qanun layihələrinin geri götürülməsi ilə bağlı prosedurların başa çatdırılması, aksiyalar zamanı saxlanılanların hamısının azadlığa buraxılmasını və hökumətin istefasını tələb edirlər.