İsrailin paytaxtı Təl-Əvivdə bütün gün boyu hökumətə qarşı kütləvi etirazların şahidi olan silahlı hücumda 3 nəfərin yaralandığı bildirilib.
Sitat.info xəbər verir ki, İsrail polisindən verilən yazılı açıqlamada, Tel-Əvivin mərkəzindəki Dizengoff küçəsində silahlı hücumun təşkil edildiyi bildirilib.
Açıqlamada küçədə piyadalara atəş açan və 3 nəfəri yaralayan təcavüzkarın polis qrupları tərəfindən zərərsizləşdirildiyi qeyd edilib.
Xəsarət alanlardan birinin vəziyyətinin ağır, digər ikisinin isə orta və yüngül olduğu bildirilib.
Digər tərəfdən, İsrail təcili xidmətinin "Qırmızı Ulduz Davud"unun verdiyi açıqlamada, səhiyyə işçiləri tərəfindən ilkin tibbi yardım göstərilən 3 yaralının İçilov Xəstəxanasına aparıldığı bildirilib.
İsraildə baş nazir Binyamin Netanyahu hökumətinin mübahisəli məhkəmə nizamnaməsi və ifrat sağçı siyasətlərinə qarşı səhər saatlarından etibarən ölkənin hər yerində, xüsusən də Təl-Əvivdə kütləvi etirazlar keçirilir.
Seymur Bənnayev
Siat.info