İsveç baş nazirindən terror etirafı: Yanıldıq

12:06 10 Mart 2023

NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristersson Stokholmda birgə mətbuat konfransı keçirib.

Sitat.info xəbər verir ki, Kristersson ölkəsinin daha əvvəl ölkədəki terror təşkilatlarının maliyyə fəaliyyətlərini kifayət qədər ciddiyə almadığına diqqət çəkib. Başda PKK olmaqla terror təşkilatlarının fəaliyyətlərindən Türkiyənin çox təsirləndiyinə diqqət çəkən Kristersson bildirib: "İsveç səlahiyyətliləri terror üçün pul toplayan PKK-çılara qarşı daha sərt tədbirlər görür. Biz İsveçdəki terror təşkilatlarının maliyyə fəaliyyətini ciddi qəbul etmədik. İndi bunu ciddi qəbul edirik. Bilirik ki, PKK-ya pul toplayan insanlar müxtəlif cinayət üsullarından istifadə edir və terroru maliyyələşdirir. Hökumətin mütəşəkkil cinayətkarlıqla mübarizəyə diqqət yetirməsi PKK-nın işini çətinləşdirəcək".

Kristersson xatırladıb ki, bu gün İsveç parlamentində terrorizmlə bağlı yeni cinayət məcəlləsi səsə qoyulacaq.

Məğrur

Sitat.info



Xəbər xətti