İlon Mask özünə şəhər tikir

18:23 10 Mart 2023

 SpaceX və Twitter-in sahibi İlon Maskın ABŞ-ın Texas ştatı yaxınlığındakı ərazidə öz şəhərini qurmağı planlaşdırdığı bildirilir.

Sitat.info xəbər verir ki, Wall Street Journal (WSJ) tərəfindən dərc edilən xəbərə görə, sözügedən şəhər Ostin əyalət şəhəri yaxınlığında yerləşən Bastrop qraflığında tikiləcək.

Tikintisi davam edən Boring və SpaceX obyektlərinin yanındakı ərazidə təməlinin atılacaq şəhərdə Maskin şirkətlərində çalışanlar qalacaq. Onların bazar qiymətlərindən aşağı kirayə haqqı ilə yeni evlərə köçməsinə şərait yaradılacaq.

 Texas qanunu bir rayonun şəhər sayılması üçün ərizə verilməzdən əvvəl həmin rayonda ən azı 201 nəfərin yaşamasını tələb edir. Bu prosesdən sonra rayon hakimindən razılıq alınır. Hələlik  Maskdan və ya onun sahibi olduğu hər hansı təşkilatdan heç bir müraciət daxil olmayıb.

Məğrur,

Sitat.info



Xəbər xətti