Dünyanın ən böyük humanitar böhranlarından biri Əfqanıstandadır və 28 milyondan çox əfqanın yardıma ehtiyacı var.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Əfqanıstan ofisi məlumat yayıb.
Bildirilib ki, 2023-cü ildə rekord sayda Əfqanıstanın 28,3 milyon vətəndaşı, yəni əhalinin üçdə ikisi humanitar yardıma və müdafiəyə ehtiyac duyur.