“Ukraynadakı müharibə danışıqlar masası arxasında bitəcək, amma bu qərarı Ukraynanın özü qəbul etməlidir”.
Sitat.info “The Guardian”a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.
O qeyd edib ki, hazırda etməli olduqları şey bu danışıqlar üçün mümkün olan ən yaxşı vəziyyəti təmin etmək, Ukraynanın əlini gücləndirməkdir.
“Hazırda prioritet Ukraynanın irəliləməsi və döyüş meydanında üstünlük qazanması üçün onları lazım olan resurslarla təmin etmək olmalıdır”, - R.Sunak bildirib.