Almaniya Konstitusiyasının Mühafizəsi üzrə Federal İdarə “Son nəsil” (Letzte Generation) ekoloji hərəkatının ekstremizm fəaliyyəti ilə məşğul olub-olmadığını yoxlayır.
Sitat.indi xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.
Nəşrin məlumatına görə, açıq məlumat mənbələrinin yoxlanması altı ay əvvəldən başlayıb. Yoxlamaların nəticələrinə görə, federal idarə ekoloji fəalların hərəkətlərini ekstremist xarakterli hesab edərsə, o zaman hərəkat üzvlərini izləmək hüququ əldə edəcək.
Qeyd edək ki, martın 7-də ekoloji fəallar Almaniya Nəqliyyat Nazirliyinin binasının fasadına narıncı rəngli boya töküblər. “Son nəsil” hərəkatının dörd tərəfdarı yanğınsöndürən maşında binanın qarşısına gələrək obyektə boya, sonra da şlanqdan su çiləyib.