Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı müharibənin qlobal qarşıdurmaya çevrilməməsi üçün hər şeyi edəcəklərinə söz verib.
Sitat.info TASS-a istinadən xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Rişi Sunakla birgə keçirdiyi mətbuat konfransında bildirib.
“Münaqişənin ilk günündən Ukraynaya və Ukrayna xalqına humanitar, iqtisadi və hərbi sahələrdə yardım göstəririk və bu münaqişənin bütün dünyaya yayılmasının qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, - o deyib.