Norveç hökuməti Ukraynaya iki "NASAMS" hava hücumundan müdafiə sistemi göndərəcək.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bunu Norveçin müdafiə naziri Byorn Arild Qram Kiyevə səfəri zamanı deyib.
Onun sözlərinə görə, Ukraynanın əlavə hava hücumundan müdafiə sistemlərinə çox ehtiyacı var və Norveç bu mənada köməyini əsirgəməyəcək.
Norveç, həmçinin Ukrayna hərbçilərinə hava hücumundan müdafiə sistemindən istifadəni öyrədəcək.
Nazir xatırladıb ki, əvvəllər Oslo NASAMS sistemlərinin Ukraynaya çatdırılmasında kömək edib.
Ötən ilin oktyabrında ABŞ-ın iki "NASAMS" sistemini Ukraynaya təhvil verdiyi barədə məlumat yayılıb. Bundan əlavə, Kanada ötən ilin noyabrında Ukraynaya 500 milyon dollar məbləğində hərbi yardım ayırdığını elan edib və bu vəsaitin əhəmiyyətli hissəsi Ukrayna üçün bir "NASAMS" və raketlərin alınmasına gedib.