Almaniyada kilsəyə silahlı hücum edənlərin kimliyi məlum olub

20:06 10 Mart 2023

Almaniyanın Hamburq şəhərində kilsəyə silahlı hücum edərək 7 nəfəri öldürən təcavüzkarın keçmiş kilsə üzvü olduğu açıqlanıb. Almaniyanın Hamburq şəhərinin İsterdorf rayonunda Yehovanın Şahidlərinə məxsus kilsəyə silahlı basqın edərək 7 nəfəri öldürən təcavüzkarın kimliyi məlum olub.

Sitat.info xəbər verir ki, Hamburq polis rəisi Matthias Tresp hadisədən sonra keçirdiyi mətbuat konfransında hücum edənin 18 ay əvvəl kilsə üzvlüyündən çıxmış 35 yaşlı Filip.F adlı Almaniya vətəndaşı olduğunu bildirib. 

Rəsmilər hadisə zamanı təcavüzkarın 100-dən çox atəş açdığını və kilsədə 4 kişi, 2 qadın və hamilə qadının körpəsinin öldüyünü açıqlayıb. Körpənin anasının sağ qaldığı bildirilir.

Polis hücumçunun daha sonra intihar etdiyini və evinə basqın zamanı 15 dolu jurnalın olduğunu bildirib.

Məğrur

Sitat.info



Xəbər xətti