Tanzaniyanın şimal-qərbində mədəndə baş verən subasma nəticəsində azı səkkiz şaxtaçı həlak olub.
"Report" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi bölgə polisinin rəhbəri Geyt Safia Conqoya istinadən məlumat yayıb.
Məlumata görə, mədəni su basmasına səbəb güclü yağış olub.
Qəza səhər saatlarında İnando kəndi yaxınlığında baş verib.