Almaniya artıq Rusiyadan neft almır.
Sitat.info xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat yayıb.
Məlumatda bildirilib ki, 2023-cü ilin yanvarında Almaniya Rusiyadan cəmi 3500 ton neft alıb. Halbuki ötən ilin analoji dövrü ilə müqayisədə bu rəqəm 2.8 milyon ton təşkil edirdi.