BioNTech ilə birlikdə koronavirus peyvəndi istehsal edən ABŞ-ın dərman istehsalçısı Pfizer Inc, xərçəng müalicəsi portfelini genişləndirmək üçün 43 milyard dollarlıq nəhəng bir addım atıb.
Sitat.info xəbər verir ki, ABŞ-ın əczaçılıq istehsalçısı Pfizer Inc 43 milyard dollarlıq alışa imza atıb.
Şirkət xərçəng müalicəsi portfelini genişləndirmək üçün Seagen Inc-i təxminən 43 milyard dollara satın alıb.
AFP-dəki Breaking News-a görə, Pfizer alışın bir hissəsi olaraq hər səhmə 229 dollar pul ödəyəcək.
Eyni xəbərə görə, Pfizer Seagen-in səhmlərini cümə gününün bağlanışından etibarən 32,7% yüksək qiymətə alıb. Bu alış şirkətin tarixində ikinci ən böyük investisiya kimi qeydə alınıb.
Qeyd edək ki, Pfizer 2009-cu ildə Wyeth-i 67 milyard dollara satın alaraq, tarixinin ən böyük sərmayəsini etmişdi.
Ən son razılaşma ilə Pfizer, portfelinə dörd təsdiqlənmiş Xərçəng müalicəsi əlavə etmişdi. Şirkətin portfelinə əlavə edilən xərçəng müalicəsi 2022-ci ildə təxminən 2 milyard dollar satışa çatmışdı.
Seagen-in səhmləri birja açılmazdan əvvəl ticarətdə 23 faiz artıb.
Seymur Bənnayev
Sitat.info